İraqın qərbində bir terror aktı zərərsizləşdirildi
İraqın təhlükəsizlik qüvvələri ölkənin qərbində terrorçuların bobma quraşdırılmış bir avtomobildən istifadə edərək partlayış törətməsinə mane olub.
Sputnik informasiya agentliyinin verdiyi məlumata görə, bu avtomobil bazar günü Əl-Ənbar vilayətinin mərkəzi olan Rəmadi şəhərinin 60 kilometrliyində yerləşən bir yoxlama-braxılış məntəqəsində dayandırılıb.
İraqlı mənbələrin verdikləri məlumatlara görə, bomba quraşdırılmış avtomobilin sürücüsü İŞİD terror qruplaşmasının üzvlərindən olub. Bu terrorçu saxlanılaraq, təhlükəsizlik mərkəzinə aparılıb.
İŞİD terror qruplaşması İraqda işğal etdiyi ərazilərin bir çoxunu itirib və hazırda sadəcə Əl-Ənbar vilayətində yerləşən Anə, Zəvah və Əl-Qaim məntəqələrini nəzarət altında saxlamaqdadır.
İŞİD terror qruplaşması 2014-cü ildə İraqa daxil olduğu zaman bu ölkənin şimal və qərb hissələrini işğal etmiş və bir çox amansız və dəhşətli cinayətlər törətmişdi.
İraq ordusu və xalq qüvvələri ötən 3 ildə İŞİD-in nəzarəti altında olan ərazilərin bir çoxunu azad etməyi bacarıblar.