Suriyanın Fəlitə bölgəsində təhlükəsizlik bərqərar olunub
-
Suriyanın Fəlitə bölgəsində təhlükəsizlik bərqərar olunub
Suriya ordusu və müqavimət qüvvələri Livan sərhədləri yaxınlığında yerləşən qərbi Qələmunda Fəlitə qəsəbəsi ətrafına nəzarəti tamamilə təmin ediblər.
Əl-Məyadin telekanalının verdiyi məlumata görə, Suriya ordusu və müqavimət qüvvələri Fəlitə qəsəbəsi ətrafında təhülkəsizliyi 48 saat ərzində tamamilə təmin ediblər. Bu dağlıq zona coğrafi baxımdan hərbi əməliyyat üçün son dərəcə çətin ərazi hesab olunur. Sudiya ordusunun komandanlarından biri Əl-Məyadin telekanalına deyib: Qərbi Qələmunda Cəbhətünnüsrə tamamilə məhv edilib. Cəbhətünnüsrə Livan və Suriya sərhədlərində hər iki ölkə üçün təhlükə idi. Əməliyyat bölgəsi 36 kvadrat kilometr sahəyə malikdir. Gördüyünüz kimi təhlükəsizlik tamamilə bərqərar olunub.
Bu bölgədə gedən əməliyyatlarda müxtəlif silahlardan, hava və artilleriyadan istifadə olunub, eyni zamanda zirehli texnika və quru qoşunları öz əməliyyatlarına başladılar. Müxtəlif bölmələr arasında münasib koordinasiya əməliyyatın qısa zamanda sona çatması ilə nəticələndi.
Suriya ordusunun zabitlərindən biri Əl-Məyadinə deyib: Bura dağlıq ərazidir və terrorçular bu ərazidə səngərlər və tunellər qazmışdılar. Biz onlarla qarşılaşmaq üçün müvafiq silahlar və vasitələrdən istifadə etdik. Biz yaraqlılarla birbaşa toqquşmadayıq.
Əməliyyatın ilk saatlarında ordu və müqavimət qüvvələri yüksəkliklərə nəzarəti təmin etdilər və beləliklə bölgəni əhatəyə aldılar. Nəhayət ordu bölgədəki dərələr və keçidləri ələ keçirə bildi. Şərqi Qələmunda da başqa əməliyyatlar gedir və Qələmun bölgəsindəki yaraqlıların işinə xitam verilməsi qarşıya məqsəd qoyulub. Suriya ordusunun bu qələbəsi bölgədə təhlükəsizliyin təmini istiqamətində önəmli hadisədir.