İyul 24, 2017 17:10 Asia/Baku
  • Fəth: Sionistlərin əl-Əqsa məscidinə hakimiyyətini qəbul etməyəcəyik
    Fəth: Sionistlərin əl-Əqsa məscidinə hakimiyyətini qəbul etməyəcəyik

Fəth Hərəkatının Mərkəzi Komitəsinin üzvü sionist reimin Qüdsün əhalisinin icbari şəkildə köçürülməsi istiqamətində sionist rejimin cəhdi haqda xəbərdarlıq edib və deyib: Fələstinlilər bu rejimin əl-Əqsa Məscidinə hakimiyyətini əsla qəbul etməyəcəklər.

İRİB-in məlumatına görə, Fəth Hərəkatının Mərkəzi Komitəsinin üzvü İzam əl-Əhməd bazar ertəsi günü əl-Hədəs televiziyası ilə müsahibədə Fələstin bölgələrindəki vəziyyət haqda deyib: Fələstinin işğal olunmuş əraziləri, xüsusilə də Qüds şəhərində durum ağırdır və Qüdsün fələstinli sakinləri ilə işğalçı hərbçilər arasında qarşıdurma davam edir.

Əl-Əhməd elektron keçidlərin yerinə əl-Əqsa məscidi girişlərindətəhlükəsizlik kameralarının quraşdırılmasına dair İsrail rejiminin qərarı haqda deyib: İsrail rejiminin bu qərarı kiçik geri çəkilmədir. Lakin fələstinlilər bunu qəbul etmir.

Fəth Hərəkatı Mərkəzi Komitəsinin üzvü əlavə edib: Fələstin qrupları Qüds barədə müttəfiqdirlər. Çünki əl-Əqsa məscidi bütün fələstinlilərin haqqıdır və hamı onu dəstəkləməlidir.

Sionist reim hərbçiləri 14 iyuldan 23 iyula qədər bu rejimin baş naziri Benyamin Netanyahunun göstərişi ilə əl-Əqsa məscidinin qapılarını fələstinli namaz qılanların üzünə bağlayıblar. Qapılar açıldıqdan sonra namaz qılanları yoxlamaq üçün elektron keçidlər quraşdırıblar. Bu məsələ fələstinlilərin sərt etirazı ilə nəticələnib.

Teqlər