İyul 25, 2017 19:49 Asia/Baku
  • Əlbəğdadini tapmaq üçün terrorçular istintaq olunurlar
    Əlbəğdadini tapmaq üçün terrorçular istintaq olunurlar

İraqın müdafiə nazirliyi bildirib ki, Əlbəğdadi ilə bağlı bir nişanənin tapılması üçün İraqın təhlükəsizlik zindanlarında on yeddi ölkədən olan 87 İŞİD-çi terrorçu istintaq olunur.

Mehr xəbər agentliyinin məlumatına görə, iraqlı rəsmilərin sözlərinə görə, bu şəxslər İraqda mühakimə edilərək, cəzalandırılacaq və vətəndaşları olduqları ölkələrə təhvil verilməyəcəklər.

İŞİD-dən olan 14 qadın və 30 uşaq da İraqın təhlükəsizlik qüvvələrinin ixtiyarındadır. 10 yaşından aşağı yaşa malik bütün otuz uşaq İraqın sosial məsələlər nazirliyinə təhvil verilib.

Belə bir halda, “Əl-Quds Əl-Ərəbi” qəzeti İŞİD başçısı Əbubəkr Əlbəğdadinin Suriyanın Diyrəzzur məntəqəsində olmasından xəbər verib. Bundan öncə bir çox informasiya mənbəyi Əlbəğdadinin öldürülməsindən xəbər vermişdi.

 

 

Teqlər