Livanda İŞİD-in tabeliyində olan dəstənin üzvləri həbs olunub
-
Livanda İŞİD-in tabeliyində olan dəstənin üzvləri həbs olunub
Livanın ümumi təhlükəsizlik baş idarəsi bu ölkədə İŞİD-in tabeliyində olan beş nəfərlik bir dəstənin həbs olunmasından xəbər verib.
IRNA-nın məlumatına görə, Livan ordusu bu gün bir məlumatda bildirib ki, həbs olunanların hamısı Suriya vətəndaşıdır. Onlar Livanda İŞİD-in son göstərişlərini gözləyirmişlər.
Bu məlumata görə, bu İŞİD dəstəsinin fəaliyyəti Beyrutda və Livanın şimalındakı Əkkar rayonunda yerləşən Əldurə məhəlləsində təmərküzləşibmiş və onun koordinatoru bundan öncə Suriyanın şərqindəki Əlməyadin məntəqəsində İŞİD-in kənarında vuruşubdur.
Livan ordusu və müqaviməti son günlər bu ölkənin Suriya ilə sərhədində Cibhətunnusrə ünsürləri xüsusiyyət təşkil etməklə terror qruplarına qarşı geniş əməliyyat icra edərək, yüzlərlə terrorçunu həbs ediblər.