Netanyahu Məsciduləqsaya keçən namazqılanların üzərində bədən təftişinin aparılması haqda göstəriş verib
Sionist rejimin baş naziri bu rejimin hərbçilərinə göstəriş veribdir ki, Məsciduləqsaya daxil olmaq istəyən fələstinli namazılanları diqqətlə təftiş etsinlər.
Fələstin informasiya mərkəzinin məlumatına görə, Netanyahunun Məsciduləqsaya daxil olmaq istəyən namazqılanların üzərində bədən təftişinin aparılması haqda göstərişi elə bir haldadır ki, bu rejim geniş fələstinli və beynəlxalq etirazların ardınca dünən bu məscidin girəcəklərində quraşdırılmış darvazaları götürməyə məcbur olubdur.
Bu qərar Benyamin Netanyahunun sionist rejimin daxili təhlükəsizlik naziri Gelad Ordanla məşvərətindən sonra çıxarılıb və tərəflər Məsciduləqsaya daxil olmaq istəyən namazqılanların üzərində bədən təftişinin aparılması haqda razılığa gəliblər.
Belə bir halda, sionist rejimin ikinci telekanalının rəy sorğusuna əsasən, əksər sionistlər Məsciduləqsanın girəcəklərində quraşdırılmış darvazaların götürülməsini bu rejimin fələstinlilər qarşısında geri çəkilməsi hesab edirlər.