İraqlı qüvvələrin Kərkükdə İŞİD ilə savaşdakı uğurları
-
İraqlı qüvvələrin Kərkükdə İŞİD ilə savaşdakı uğurları
İraqlı mənbələr İŞİD terror qrupunun başçılarından birinin Kərkük vilayətində öldürülməsindən xəbər veriblər.
Livanın Əlməyadin telekanalının məlumatına görə, İraq ordusunun hava qoşunlarının İŞİD terror qrupunun Kərkük vilayətinin qərbindəki qərargahına qarşı hücumunun ardınca Əlhuvəycə şəhərindəki bir kənddə gizlənmiş İŞİD-in xəfiyyə başçısı “Tariq Əminə” öldürülüb.
Deyilənlərə görə, bu hücumda İŞİD ünsürlərindən digər bir qrupu öldürülübdür.
Digər tərəfdən, İraqda bir təhlükəsizlik mənbəyi deyib: İŞİD terrorçuları Əlhuvəycə şəhərinin yaxınlığındakı Təl-Əlzəhəb kəndində on bir nəfərlik bir ailənin üzvlərini qətlə yetiriblər. Bu şəxslər İŞİD-in əlindən Həmrin dağlarındakı yüksəkiliklərə qaçmaq niyyətində olublar.
Daxil olan digər məlumata görə, iraqlı mənbələr İŞİD-in yerdə qalan ünsürlərinin aradan qaldırılması hədəfilə İraqın qərbindəki Ələnbar vilayətinin səhrasında geniş bir əməliyyatın başlanmasından xəbər veriblər.