İyul 26, 2017 20:56 Asia/Baku
  • Qətər Ərəbistanın yeni iddiasını rədd etdi
    Qətər Ərəbistanın yeni iddiasını rədd etdi

Qətər hökumətinin ictimai əlaqələr şöbəsinin direktoru Dohaya blokada tətbiq edən dörd ərəb ölkəsinin yeni iddialarını yalan və ümidsizlik adlandırıb.

Fransa İnformasiya Agentliyinin məlumatına görə, Qətər hökumətinin ictimai əlaqələr şöbəsinin direktoru Şeyx Həməd Bin Salim Ali-Sani deyib: Səudiyyə Ərəbistanı və müttəfiqlərinin hüquqi və fiziki şəxslərin adlarını qeyd etdiyi və onların Qətərin dəstəklədiyi terror qruplaşmalara bağlı olması ilə əlaqədar yeni siyahı saxtadır.

Həməd Bin Salimi Ali-Sani əlavə edib: Bu ölkələr terrorizmlə mübarizə yerinə Qətərə hörmətsizlik və onun imicinə zərbə vurmaq yolunu qarşıya məqsəd qoyublar.

Terror qruplaşmalarını dəstəkləmək ittihamı ilə Qətərə blokada tətbiq edən Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir və Bəhreyn yenilərdə bir siyahını yayımlayıb və bildiriblər: Sanksiya tətbiq olunmuş hüquqi və fiziki şəxslər birbaşa və ya dolayısı ilə Qətər rəsmiləri ilə əlaqədə olmuşlar.

Teqlər