Hizbullahın Livanın istiqlaliyyətinin qorunmasındakı strateji rolu inkarolunmazdır
Bütün regional və beynəlxalq ekspertlər Livanın İslam Müqaviməti Hərəkatı-Hizbullahın Livanın ərazi bütövlüyü və istiqlaliyyətinin qorunmasındakı strateji rolunu vurğulayırlar.
Londonda Şəfəqna müəssisəsində Yaxın Şərq Araşdırmalar Mərkəzinin direktoru Katrin Şekdam bu strateji rolu vurğulayaraq, deyib: Hizbullah nəinki İŞİD-i Livanda məğlub etdi, həm də Suriyanın yardıma son dərəcə ehtiyac duyduğu bir şəraitdə Dəməşqə kömək etdi.
Şekdam Hizbullahın Suriyadakı rolunu son dərəcə həyati adlandıraraq, belə əlavə edib: Hizbullah Suriyada azadlıq hərəkatı rolunu oynadı.
O, Amerika prezidenti Donald Trampla görüşdə Hizbullahı Livan üçün faydasız bir orqan adlandırmış Livanın baş naziri Səəd Əlhərinin sözlərinə cavabda vurğulayıb: Hizbullahı tənqid etmək və bu müqavimət qüvvəsinin mövcudluq mahiyyətini şübhə altına almaq çox asandır, amma unutmamalıyıq ki, Livan məhz Hizbullahın fədakarlığı və addımları sayəsində azad və müstəqil bir ölkədir.
Yaxın Şərq məsələləri üzrə bu ekspert söyləyib: İŞİD terrorçuları Livan sərhədlərini təhdid edən zaman bu ölkənin ordusu harada idi? Livanın dövlət başçıları və bu ölkə parlamentinin üzvləri asanlıqla və azad şəkildə Hizbullahı tənqid edirlər. Amma onların heç biri ölkələrində sabitlik və təhlükəsizliyin yaradılması, həmçinin vəhhabiliyin və İŞİD-in hücumları qarşısında öz ölkələrinin sərhədlərinin qorunması istiqamətində kiçicik addım belə atmadı.
Katrin Şekdam sonra deyib: Səəd Həriri Ərəbistan rejiminə icazə verdi ki, onun təbliğat xərclərini təmin etsin, bunun əvəzində isə Ali-Səud rejimi Livanın daxili işlərinə qarışmaq icazəsi aldı.
O, vurğulayıb: Hazırda Livan xalqının əksər hissəsi Hizbullaha dəstək verir və onların Hizbullahı himayə etmələrinin din və siyasətlə heç bir əlaqəsi yoxdur, əksinə xalq yaxşı bilir ki, əgər ölkəsi bu gün istiqlaliyyət və ərazi bütövlüyünə malikdirsə, bu, məhz Hizbullahın fədakarlıqları hesabınadır. Elə buna görədir ki, Hizbullahın amalı müqavimətdən savayı bir şey deyildir. Təcavüzkar İsrail rejiminin qarşısında, vahhabiliyin təcavüzkarlığı qarşısında müqavimət, zira vəhhabilik bütün xalqlar, dinlər, məzhəblər və etnosların müştərək düşməni sayılır və Hizbullah bunu yaxşı bilir.