Əl-Ənbarda 130 ədəd raket aşkar edilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i277804-Əl_Ənbarda_130_ədəd_raket_aşkar_edilib
İraqın hərbi informasiya təşkilatı ölkənin qərbində Əl-Ənbar vilayətində 130 ədəd raketin aşkar edilməsindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 28, 2017 06:51 Asia/Baku
  • Əl-Ənbarda 130 ədəd raket aşkar edilib
    Əl-Ənbarda 130 ədəd raket aşkar edilib

İraqın hərbi informasiya təşkilatı ölkənin qərbində Əl-Ənbar vilayətində 130 ədəd raketin aşkar edilməsindən xəbər verib.

Əl-Aləm telekanalının verdiyi məlumata görə, İraqın hərbi informasiya təşkilatı bildirib: Əl-Ənbar vilayətinin Hit şəhərinin Əl-Bəkr məhəlləsində 70 ədəd "Cəhənnəm" raketi, 60 ədəd İraq istehsalı olan "Katyuşa" raketi  və qumbara və partlayıcı kəmərdə istifadə olunan 200 kq parçalanan qəlpə aşkar edilib.