İyul 28, 2017 12:57 Asia/Baku
  • Məscidül-Əqsada 120 fələstinli həbs edilib
    Məscidül-Əqsada 120 fələstinli həbs edilib

Sionist rejim hərbçiləri Məscidül-Əqsada oturaq aksiya keçirən fələstinlilərə hücum edərək yüzdən çox adamı həbs edilbər.

İRNA-nın verdiyi məlumata görə, işğal olunmuş Qüdsün vəqflər ofisi bu gün səhər bir bəyanat yayaraq bildirib: sionist rejim başçıları Məscidül-Əqsada aksiyaçılara hücum edərək onlara qarşı gözyaşardıcı qaz və səsli bombalardan itifadə ediblər və 115 nəfəri yaraladıqdan sonra 120 nəfəri həbs ediblər və bir daha bu məscidi namaz qılmaq istəyənlərin üzünə bağlayıblar. 

Fələstin milli təşəbbüs hərəkatının baş katibi Müstafa Əl-Bərğusu fələstinli namaz qılanların sionis trejim hərbçiləri tərəfindən döyülməsinə toxunaraq İsrailin beynəlxalq cinayət məhkəməsində mühakimə edilməsini istəyib. 

Minlərlə fələstinli dünən sionist düşmənin maneələrinə baxmayaraq Məscidül-Əqsanın ərazisinə daxil olub və ikindi namazını orada qılıblar. 

Məscidül-Əqsada cümə namazı mərasimi ilə eyni zamanda işğalçı hərbçilər hazırlıq vəziyyətinə gətirilib. 

Teqlər