Bəhreyn xalqı Ali-Xəlifəyə qarşı aksiyalar keçirib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i277892-bəhreyn_xalqı_ali_xəlifəyə_qarşı_aksiyalar_keçirib
Bəhreyn xalqı bu ölkənin müxtəlif məntəqələrində aksiyalar keçirərək, siyasi məhbusların azadlığa buraxılmalarını tələb edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 28, 2017 16:27 Asia/Baku
  • Bəhreyn xalqı Ali-Xəlifəyə qarşı aksiyalar keçirib
    Bəhreyn xalqı Ali-Xəlifəyə qarşı aksiyalar keçirib

Bəhreyn xalqı bu ölkənin müxtəlif məntəqələrində aksiyalar keçirərək, siyasi məhbusların azadlığa buraxılmalarını tələb edib.

Fars xəbər agentliyinin məlumatına görə, Bəhreynin müxtəlif məntəqələrinin sakinləri aksiyalar keçirərək, siyasi məhbuslarla öz həmrəyliklərini elan ediblər. Aksiyaçılar həmçinin Ali-Xəlifə rejiminin siyasətlərilə müxalifətə və Bəhreyn inqilabının davam etdirilməsinə təkid ediblər.

Aksiya iştirakçıları əllərində siyasi məhbusların təsvirlərini tutaraq, Ali-Xəlifənin xalqın dinc hərəkətinə divan tutmaq üzrə düşmənçilik hərəkətlərini pisləyiblər.

Bu məlumata görə, Ali-Xəlifə rejiminin hərbçiləri Əlməamir qəsəbəsində aksiyaçılara basqın edərək, diyircəkli güllələr və gözyaşardıcı qazlarla onları hədəfə alıblar.