İordaniyalılar: İsrailin Əmmandakı səfirliyini bağlayın
Minlərlə İordaniya vətəndaşı cümə günü əl-Əqsa məscidinə dəstək yürüşü keçirib və sionist rejimin Əmmandakı səfirliyinin bağlanmasını istəyib.
İRNA-nın məlumatına görə, etirazçılar Fələstin vətəndaşları və əl-Əqsa məscidinə dəstək nümayiş etdirərək İordaniya hökumətini Əmmanda qatil İsrail zabiti ilə davranışına etiraz ediblər. İordaniyalı etirazçılar Fələstin və İordaniya bayraqlarını daşıyaraq sionist rejimin Əmmandakı səfirliyinin bağlanmasını tələb ediblər.
İordaniyanın dövlət rəsmisi bildirib: Bu ölkə sionist rejimə elan edib ki, İsrail səfirliyi işçilərinin Əmmana qayıtmasına əsla icazə verilməyəcək, iki İordaniya vətəndaşının qətli haqda ciddi araşdırma aparılması halı istisna olmaqla.
Sionist rejimin bir zabitinin iki iordaniyalını qətlə yetirməsindən sonra, bu rejimin Əmmandakı səfirliyinin işçiləri işğal olunmuş ərazilərə qayıtdılar. İsrail rejiminin baş naziri Benyamin Netanyahu səfirlik üzvlərinin Təl-Əvivə qayıtmasından sonra onları qarşılayıb və alqışlayıb. Bu da İordaniya vətəndaşlarının daha da qəzəblənməsinə gətirib çıxarıb.
İordaniyanın sionist rejimlə 1994-cü ildən diplomatik səviyyədə münasibətləri vardır və bu rejimin Əmmandakı səfirliyi ötən 23 ildə həmişə fəal olmuşdur.