Mogerini Şərqi Qüdsün Fələstindən ayrılmaz olduğunu bildirib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i277932-mogerini_Şərqi_qüdsün_fələstindən_ayrılmaz_olduğunu_bildirib
Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru deyib: Şərqi Qüds Fələstinin ayrılmaz hissəsidir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 29, 2017 08:09 Asia/Baku
  • Mogerini Şərqi Qüdsün Fələstindən ayrılmaz olduğunu bildirib

Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru deyib: Şərqi Qüds Fələstinin ayrılmaz hissəsidir.

Fələstinin MƏA İnformasiya Agentliyinin məlumatına görə, Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru Federika Mogerini Fələstin Azadlığı Uğrunda Təşkilatın icraiyyə komitəsinin katibi Saib Əriqata ünvanladığı rəsmi məktubda xatırladıb: Fələstin dövlətinin təşkil olunması layihəsi Avropa Birliyinin prioritet proqramlarındandır.

Mogerini həmçinin Avropa Birliyinin Fələstin Azadlığı Uğrunda Təşkilat və Fələstin milli dövləti ilə uzunmüddətli və möhkəm əlaqələrini vurğulayıb.

Son vaxtlar Əriqat Mogeriniyə rəsmi məktubunda işğal olunmuş Qüdsdəki son hadisələr haqda Avropa Birliyinin ofisinin verdiyi bəyanatın qeydlərinə etiraz edib və Şərqi Qüds haqda rəsmi izahatın verilməsi və sionist rejim tərəfindən Fələstinin işğalına son qoymaq üçün konstruktiv addımların atılmasını istəmişdi.