Qəzzə zolağında bir fələstinli gənc şəhid olub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i277938-qəzzə_zolağında_bir_fələstinli_gənc_şəhid_olub
Sionist hərbçilər Qəzzə zolağının sərhədlərində fələstinlilərə doğru atəş açaraq bir fələstinli gənci şəhəid edib, 10 fələstinlini də yaralayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 29, 2017 09:13 Asia/Baku
  • Qəzzə zolağında bir fələstinli gənc şəhid olub

Sionist hərbçilər Qəzzə zolağının sərhədlərində fələstinlilərə doğru atəş açaraq bir fələstinli gənci şəhəid edib, 10 fələstinlini də yaralayıblar.

İRİB-in məlumatına görə, Fələstin Səhiyyə Nazirliyi bildirib: Sionist hərbçilər ötən gün Qəzzə zolağının mərkəzində əl-Bric düşərgəsinin şərqində fələstinlilərə doğru atəş açıblar. Nəticədə bir fələstinli gənc şəhid olub, iki fələstinli də yaralanıb.

İsrail rejimi hərbçiləri Qəzzə zolağının şimalında Cibalya qəsəbəsində təmas xətti yaxınlığında fələstinlilərə atəş açaraq azı beş fələstinli gənci yaralayıblar.

Bir fələstinli gənc də Qəzzə şəhərinin şərqində Tahil Ouz bazası yaxınlığında sionist hərbçilərlə toqquşmada yaralanıb. Qəzzə zolağının cənubunda Xan Yunus şəhərinin şərqində əl-Fərahim bölgəsi yaxınlığında da iki fələstinli gənc yaralanıb.

Sionist hərbçilər həmçinin Qəzzənin şimalında Beyt-Hanun keçidi ətrafında fələstinlilərlə toqquşublar.

Əl-Əqsa məscidi ilə bağlı son olaylar və qarşıdurmalar nəticəsində on altı fələstinli şəhid olmuş, mind dörd yüzdən çox fələstinli də yaralanmışdır.

Sionist rejimin əl-Əqsa məscidinin qapılarını bağlaması və metal detektorlar quraşdırması müsəlmanların qəzəbinə səbəb olub.