Livanda Fələstin və Qüdsü himayə aksiyası keçirilib
Livanın Əl-Bəqa məntəqəsinin sakinləri Qüdsü himayə məqsədli aksiya təşkil edərək, İsrail rejiminin fələstinlilərə qarşı zorakılıqlarını qınayıblar.
İRİB-nin verdiyi məlumata görə, Livanın Əl-Bəqa məntəqəsinin şərqində yerləşən Bəlbək məntəqəsindəki Əlcəlil düşərgəsində keçirilən bu aksiyada müxtəlif fələstinli qruplar habelə, Livanın milli və islamçı qrupları iştirak ediblər.
Aksiya iştirakçıları əllərində Fələstin bayrağı BMT-nin İmdad və Əmək Agentliyinin ofisi önündə bir araya gələrək, Qüdsü və Əl-Əqsa məscidini himayə məqsədi ilə İsrail əleyhinə şüarlar veriblər.
İşğal edilmiş Fələstində gərginlik 14 iyul 2017-ci il tarixindən etibarən İsrail hərbçilərinin Əl-Əqsa məscidinin qapılarını fələstinlilərin üzünə bağlaması ilə xeyli artıb.
İsrail rejiminin bu təhrikedici hərəkəti fələstinlilər və müsəlmanların qəzəbinə səbəb olub.