Yəməndə vəbadan həlak olanların sayı 1990 nəfəri ötüb keçib
İyul 30, 2017 03:50 Asia/Baku
-
Yəməndə vəbadan həlak olanların sayı 1990 nəfəri ötüb keçib
Ümumdünya Səhiyyə Təşkilatı şənbə günü bir hesabatda bildirib ki, indiyədək Yəməndə vəbaya yoluxma nəticəsində həyatını itirmiş insanların sayı 1992 nəfərə çatıb.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, həmçinin indiyədək bu ölkənin müxtəlif məntəqələrində 419 min 804 yəmənli vəbaya yoluxubdur.
Ümumdünya Səhiyyə Təşkilatı son zamanlar Yəməndə sağlam içməli suyun olmamasından nigarançılıq etmişdi.
Ərəbistanın Yəmənə qarşı hücumlarının davam etməsi və bu ölkənin infrastruktur təsisatları, xüsusən su təchizatı şəbəkəsinin dağılması ilə vəba xəstəliyi sürətlə Yəməndə yayılmaqdadır.
Teqlər