Min yəmənli minalar nəticəsində ölüb və əlil olub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i278254-min_yəmənli_minalar_nəticəsində_ölüb_və_əlil_olub
Son iki il ərzində Yəməndə mina partlaması nəticəsində mindən çox yəmənli ölüb yaxud əlil olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 01, 2017 05:40 Asia/Baku
  • Min yəmənli minalar nəticəsində ölüb və əlil olub
    Min yəmənli minalar nəticəsində ölüb və əlil olub

Son iki il ərzində Yəməndə mina partlaması nəticəsində mindən çox yəmənli ölüb yaxud əlil olub.

İRİB-in verdiyi məlumata görə, Yəmənə qarşı müharibədə mülki əhali ağır ziyanlara məruz qalır, BMT-nin son hesablamalarına görə, son iki il ərzində Yəməndə gedən müharibə 16 min insanın həyatına son qoyub, ölənlərin ən azı 10 min nəfərini mülkilər təşkil edir. 

Bu məlumata görə, bu müddət ərzində toqquşmalardan qalan minaların partlaması nəticəsində mindən çox yəmənli ölüb. 

Eyni zamanda indiyədək 3 milyondan çox yəmənli canını qurtarmaq üçün öz ev-eşiyini tərk etmək və didərgin həyatı yaşamaq məcburiyyətində qalıb. 

Yarım milyon yəmənli də son 3 ay ərzində vəbaya yoluxub və bu xəstəlik nəticəsində indiyədək 2 min insan həyatını itirib. Vəba xəstəliyinin Yəməndə yayılmasının səbəbi isə infrasturukturların dağıdılmasıdır.