Avq 01, 2017 12:11 Asia/Baku
  • Əsəd: Suriya təhlükəli terrorizm ilə qarşı-qarşıyadır
    Əsəd: Suriya təhlükəli terrorizm ilə qarşı-qarşıyadır

Suriya prezidenti deyib: Suriyia miqyası, nifrət və kinə-küdurət yayma baxımından tarixdə nümunəsi olmayan terrorizm ilə qarşı-qarşıyadır.

İRİB-in verdiyi məlumata görə, Suriya prezidenti Bəşar Əsəd Suriya ordusunun yaradılmasının 72-ci ildönümü münasibəti ilə Ceyşül-Şəəb qəzetinə verdiyi müsahibəsində təkfirçi terrorçuların Suriyanın tarixi düşmənləri olduğunu, bütün regionu nəzarətə almaq üçün bəzi regio ölkələri və regiondan kənar dövlətlərin ətraflı himayələri sayəsində fəaliyyət göstərdiklərini bildirib. 

Suriya prezidenti ölkəsinin müqavimət sayəsində böyük nailiyyətlərə imza atdığını xatırladaraq deyib: Ordunun müqaviməti və xalqın müşayihəti və canlarını qurban verənlərin qanı bahasına terrorizm ilə müharibədə Suriyanın nailiyyətləri davam etməkdədir. 

Bəşar Əsəd Suriyanı regionun ürəyi və Orta şərqin əsas məhvəri adlandıraraq deyib: Suriya ordusu bu gün növbəti epiyaya imza atmaqdadır və öz əzmkarlığı və davamlılığı ilə qələbəni yaxınlaşdırıb. 

Suriya böhranı 2011-ci ildə Səudiyyə Ərəbistanı, ABŞ və onların müttəfiqlərinin muzdlu terrorçuları vasitəsi ilə Suriyanın qanuni prezidenti Bəşar Əsədi devirmək məqsədi ilə başladıldı, amma bu ölkə ordusunun terrorçulara qarşı barışmaz mövqeyi və intensiv mübarizəsi nəticəsində Suriya dövləti böyük uğurlar əldə edib. 

Teqlər