Onlarla sionist Məscidül-Əqsaya hücum edib
Məscidül-Əqsada məhdudiyyətlərin davamında bu məscid bir daha sionist qəsəbə sakinləri tərəfindən hörmətsizliyə məruz qalıb.
İRİB-in verdiyi məlumata görə, onlarla sionist qəsəbə sakini bu gün "Süleymanın məbədinin dağılması" iddiasının ildönümü günü adlandırdıqları münasibəti ilə sionist hərbçilərin dəstəyi altında Məscidül-Əqsaya hücum ediblər.
Sionist işğalçılar sionist qəsəbə sakinlərinin mərasimlər keçirmələri üçün fələstinli namaz qılanların Məscidül-Əqsaya daxil olmalarına imkan verməyiblər.
Eyni zamanda xəbər mənbələri İsrail rejiminin işğal olunmuş Qüdsün sakinlərindən intiqam əməliyyatından xəbər veriblər. Onlar Məscidül-Əqsanın mühasirəyə alınmasında uğursuz qaldıqdan sonra çoxlu sayda fələstinlini həbs ediblər.
Sionist hərbçilər 2017-ci il 14 iyuldan Məscidül-Əqsaya qırışə qadağalar tətbiq etdilər. Fələstinlilər tərəfindən və beynəlxalq səviyyədə geniş etirazların ardınca sionis rejim məscidin girişlərində metal dedektorları yığışdırmalı oldular.