Rəsmi dohanın yeganə şərti
Qətərin müdafiə naziri Dohaya qarşı sanksiya tətbiq edən 4 ərəb ölkəsi ilə müzakirələrin yeganə şərtinin Qətərin mühasirəsinə son qoyulması və onun milli hakimiyyət hüququnun tapdanılmaması olduğunu bildirib.
Fars xəbər agentliyinin verdiyi məlumata görə, Qətərin müdafiə naziri Xalid Bin Əl-Ətiyyə ölkəsinin 4 ərəb ölkəsi ilə yaşadığı böhran barədə deyib: Müzakirə Fars körfəzi əməkdaşlıq şurasının xilasının yeganə yoludur və Doha Küveyt əmirinin hərhansı diplomatik danışıqlara nəzarətinə təkid edir.
Xalid Bin Məhəmməd Əl-Ətiyyə deyib: Fars körfəzi əməkdaşlıq şurası bütün üzv ölkələrə aiddir və Doha bu şuranı saxlamaq üçün özündən səbir göstərib.
Qətərin müdafiə naziri ölkəsinə, digər ölkələrin daxili işlərinə qarışmaq kimi vurulan ittihamı rədd edərək deyib: Nəyə görə 4 ərəb ölkəsi Qətərə qarşı sanksiya tətbiq etmək qərarına gəlmələrinin səbəbini başa düşmək çətindir. Xüsusiylə ona görə ki, Qətər və Səudiyyə Ərəbistanının rəhbələri arasında çoxlu görüşlər həyata keçmişdi.