Ərəbistan və Amerika Yəmənə qarşı bioloji müharibəyə də əl atıblar
https://azeri.sahartv.ir/news/qərbi_asia-i278364-Ərəbistan_və_amerika_yəmənə_qarşı_bioloji_müharibəyə_də_əl_atıblar
Ərəbistan və Amerika Yəmənə qarşı bioloji müharibədə bu ölkə xalqını qırmaq üçün "vəba" virusundan istifadə edirlər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 02, 2017 04:43 Asia/Baku
  • Ərəbistan və Amerika Yəmənə qarşı bioloji müharibəyə də əl atıblar
    Ərəbistan və Amerika Yəmənə qarşı bioloji müharibəyə də əl atıblar

Ərəbistan və Amerika Yəmənə qarşı bioloji müharibədə bu ölkə xalqını qırmaq üçün "vəba" virusundan istifadə edirlər.

"Transcend Media Servis" xəbər portalının dünənki məlumatına görə, vəba xəstəliyi hazırda Yəməndə geniş şəkildə yayılıb və 400 mindən çox insan su vasitəsilə bədənə daxil olan "vibrio kolera" adlı bakteriyaya yoluxmaq nəticəsində öz həyatını itiribdir.

Bu məlumata görə, Yəməndə su mənbələri və kanalizasiya sistemi Ərəbistanın hava basqınları nəticəsində məhv olub və su mənbələrinin təhlükəli "vibrio kolera" adlı bakteriya ilə çirkləndirilməsi Amerika və Ərəbistan üçün "Yəmən xalqını terror etmək" istiqamətində bir vasitəyə çevrilibdir. 

"Transcend Media Servis" xəbər portalı öz reportajında vurğulayıb ki, Yəmənin 25 milyonluq yoxsul əhalisi vəbaya yoluxmanın qarşısını almaq üçün heç bir imkana malik deyil. Bu xəbər portalı əlavə edib: Ərəbistanın Yəməndəki hərbi cinayəti nəinki Amerikanın hazıkı prezidenti Donald Tramp tərəfindən, həm də ABŞ-nın sabiq prezidenti Barak Obama tərəfindən də dəstəklənibdir və yaxın gələcəkdə başa çatacağı gözlənilmir.

BMT bildirib: Yəməndə vəbanın yayılmasının ötən bir ildəki miqyası o həddə olubdur ki, dünyanın heç bir digər ölkəsində bunun tayı görünməyibdir.

"Transcend Media Servis" xəbər portalı həmçinin son aylarda Amerika tərəfindən Əfqanıstan, İraq və Suriyada mülkilərin qırğın edilmələrinin artmasına işarə edərək, belə yazıb: Amerika kimi imperialist hökumətə malik olan ölkələr, qüdrətləri zəifləyərkən mülkiləri qırğın etməyə üz tutublar.