Hərat əhalisinin terrorçuların cinayətlərinə qarşı hiddəti və etirazı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i278368-hərat_əhalisinin_terrorçuların_cinayətlərinə_qarşı_hiddəti_və_etirazı
Terrorçuların Əfqanıstanın qərbindəki Hərat şəhərində yerləşən bir şiə məscidində namazqılanlara qarşı qanlı hücumlarının ardınca bu şəhər əhalisi təkfirçilərin cinayətləri barədə öz nifrət və hiddətini elan edibdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 02, 2017 06:05 Asia/Baku
  • Hərat əhalisinin terrorçuların cinayətlərinə qarşı hiddəti və etirazı
    Hərat əhalisinin terrorçuların cinayətlərinə qarşı hiddəti və etirazı

Terrorçuların Əfqanıstanın qərbindəki Hərat şəhərində yerləşən bir şiə məscidində namazqılanlara qarşı qanlı hücumlarının ardınca bu şəhər əhalisi təkfirçilərin cinayətləri barədə öz nifrət və hiddətini elan edibdir.

AVA xəbər agentliyinin məlumatına görə, Hərat şəhərinin qəzəblənmiş əhalisi dünən gecə terrorçuların müsəlmanların qırğın edilmələri üzrə bəşəriyyətə zidd cinayətlərinə etiraz olaraq, bu şəhərdə aksiya keçirib və Əfqanıstan dövlətindən istəyibdir ki, bu terror hücumu amillərinin aşkarlanması və cəzalandırılması istiqamətində səy göstərsin.

Aksiya iştirakçıları bu aksiyada Əfqanıstanın təhlükəsizlik qüvvələrinin terror qruplarının hücumları ilə mübarizədə aciz qalmalarını tənqid edərək, deyiblər ki, rəsmi Kabil Əfqanıstanda sülh və sabitliyin bərqərarı və təhlükəsizliyin təminində acizdir.

Bir terrorçu dünən Əfqanıstanın Hərat şəhərində yerləşən şiələrin ən böyük məscidinə qarşı terror hücumu ilə özünü partlatmazdan öncə namazqılanları atəşə tutubdur.

Bu hücumda azı otuz namazqılan şəhid olub, 64 nəfər də yaralanıbdır ki, onlardan on nəfərinin vəziyyəti ağır elan olunubdur.

Əfqanıstan prezidenti Əşrəf Qəni Hərat şəhərində yerləşən şiələrin ən böyük məscidinə qarşı terror hücumunu pisləyib və onu hərbi cinayət adlandırıbdır.