Yəmənlilər səudların bu ölkə xalqına qarşı cinayətlərinə cavab veriblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i278370-yəmənlilər_səudların_bu_ölkə_xalqına_qarşı_cinayətlərinə_cavab_veriblər
Yəmənin ordusu və Ənsarullah qüvvələri dünən səud təcavüzkarlarının və onların muzdurlarının Əsir, Əlcuf və Təiz məntəqələrindəki mövqelərini hədəfə alaraq, onlardan bir qrupunu öldürüblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 02, 2017 06:06 Asia/Baku
  • Yəmənlilər səudların bu ölkə xalqına qarşı cinayətlərinə cavab veriblər
    Yəmənlilər səudların bu ölkə xalqına qarşı cinayətlərinə cavab veriblər

Yəmənin ordusu və Ənsarullah qüvvələri dünən səud təcavüzkarlarının və onların muzdurlarının Əsir, Əlcuf və Təiz məntəqələrindəki mövqelərini hədəfə alaraq, onlardan bir qrupunu öldürüblər.

IRNA-nın məlumatına görə, Yəmən ordusunun "Zəlzal-2" raketlərinin səud təcavüzkarlarının Təiz vilayətinin Əlməxa şəhərinin ətrafında yerləşən Yəxtəl məntəqəsindəki mövqelərinə qarşı raket atışı düşmən qüvvələrinə böyük xəsarətlər vurubdur.

Çoxlu sayda səud hərbçisi də dünən yəmənli qüvvələrin Ərəbistanın cənubunda yerləşən Əsir məntəqəsindəki qəfil əməliyyatında öldürülübdür.

Digər tərəfdən, səud yarımhərbçiləri bir neçə mərmi ataraq, Əlcuf vilayətinin Əlmətun məntəqəsini hədəfə alıblar ki, nəticədə iki mülki həlak olubdur.

Ərəb koalisiyasının qırıcıları da Səədə vilayətində yerləşən Kətaf şəhərindəki Əlfər məntəqəsini üç dəfə hədəfə alıblar.