Avq 02, 2017 13:38 Asia/Baku
  • Hərat məscidi şəhidlərinin sayı artıb
    Hərat məscidi şəhidlərinin sayı artıb

Əfqanıstanın qərbindəki Hərat şəhərində yerləşən bir şiə məscidinə qarşı terror hücumu qurbanlarının sayı artıb.

Daxil olan məlumata görə, terrorçuların Əfqanıstanın qərbindəki Hərat şəhərində yerləşən bir şiə məscidinə qarşı hücumlarında qırx nəfər şəhid olub, yetmiş nəfər isə yaralanıbdır.

Bundan öncə şəhidlərin sayı otuz nəfər, yaralıların sayı isə altmış nəfərdən yuxarı elan olunmuşdu.

Bir terrorçu dünən gecə Əfqanıstanın Hərat şəhərində yerləşən şiələrin ən böyük məscidinə qarşı terror hücumu ilə özünü partlatmazdan öncə namazqılanları atəşə tutubdur.

Teqlər