Qətər: İcbari addımlar atmadan böhranı həll etməyə hazırıq
-
Qətər: İcbari addımlar atmadan böhranı həll etməyə hazırıq
Qətər əmiri vurğulayıb ki, Doha bu ölkənin hakimiyyətinə hörmət əsasında və icbari addımlar olmadan Ərəbistan və onun müttəfiqlərinin Qətərlə böhranının həlli üzrə danışıqlara hazırdır.
Ərəbistan, Misir, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn bu il iyunun beşində özlərinin Qətərlə diplomatik əlaqələrini kəsib, quru, dəniz və hava sərhədlərini bu ölkənin üzünə bağladılar.
Bu dörd ölkə Qətəri Ərriyadaın başçılığı altında olan ərəb cərəyanı ilə yanaşı olmamaqda ittiham edibdir.
Təmim bin Həməd Ali-Sani dünən həmçinin qeyd edib ki, Qətərin gələcək üçün nəzərdə tutduğu prioriteti, iqtisadi, milli təhlükəsizlik, ərzaq və dərman sahələrində daxili və milli cəbhələri gücləndirməkdir.
Qətər əmiri iyulun 21-də də bu ölkə ilə Ərəbistan arasında yaranmış böhrandan sonrakı ilk çıxışında deyib: Doha Qətərin daxili işlərinə qarışmamaq, öz tələblərini bu ölkəyə diktə və qəbul etdirməmək şərti ilə Ərəbistan və onun müttəfiqləri ilə danışıqlara hazırdır.