Avq 03, 2017 16:45 Asia/Baku
  • Humsda gərginliyin azaldılması məntəqəsində atəşkəs
    Humsda gərginliyin azaldılması məntəqəsində atəşkəs

Rusiya və suriyalı müxaliflər Suriyanın şimal hissəsində gərginlik və döyüşdən təmiz yeni məntəqələrin yaradılması haqda razılığa gəliblər.

Röyters-in məlumatına görə, Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov deyib: Suriyanın şimalındakı Hums şəhərində atəşkəs bu gün günortadan icraya qoyulsun.

Rusiya Müdafiə Nazirliyinin mətbuat katibinin sözlərinə görə, iyulun 31-də Rusiyanın Müdafiə Nazirliyinin və suriyalı müxaliflərin nümayəndələri arasında Qahirədə danışıqların yeni etapı keçirilib və bu iclasda iştirak edənlər 147 min nəfərdən çox əhaliyə malik 84 qəsəbəyə şamil olan Hums şəhərində üçüncü "gərginliyin azaldılması məntəqəsi"nin həyata keçirilməsi barədə razılığa gəliblər. 

Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi həmçinin vurğulayıb: İyul ayının əvvəllərində Qazaxıstanın paytaxtı Astanada keçirilən Suriya sülh müzakirələrinin beşinci turunda Suriyada dörd "gərginliyin azaldılması məntəqəsi"nin yaradılmasına dair qərar qəbul olundu ki, onun iki halı Suriyanın cənub-qərbində və Dəməşq ətrafındakı şərqi vahədə icra olunubdur.

Rusiya, İran və Türkiyə Suriyada atəşkəsə zəmanət verən ölkələrdirlər.

Teqlər