Ali-Xəlifə Əldiraz məntəqəsini qadağan olunmuş məntəqə adlandırıb
Bəhreyn rejimi misli görünməmiş bir hərəkətdə bu ölkənin paytaxtı Manama şəhərinin qərbində yerləşən və Bəhreyn şiələrinin rəhbəri Şeyx İsa Qasimin yaşayış məkanı olan Əldiraz məntəqəsini qadağan olunmuş məntəqə elan edib.
Mehr xəbər agentliyinin məlumatına görə, Əldiraz məntəqəsi 408 gün bundan öncədən bəri daimi və sutkalıq şəklində Ali-Xəlifə rejiminin hərbçiləri tərəfindən mühasirə olunubdur. Bəhreynin inqilabçı və məlumatlı mənbələri bildiriblər ki, Ali-Xəlifə hərbçilərinin Bəhreyn şiələrinin rəhbəri Şeyx İsa Qasimin mənzilinə qarşı hücumundan 73 gün keçəndən sonra hələ də onun barəsində bir xəbər yoxdur.
Ali-Xəlifə rejiminin məhkəməsi bundan öncə Şeyx İsa Qasimi boş pulyuma və bu rejimlə müxalifət ittihamı ilə vətəndaşlıqdan məhrum etməkdən əlavə, bir il şərti həbsə və 100 min Bəhreyn dinarı ödəməyə məhkum edibdir.