Avq 04, 2017 10:17 Asia/Baku
  • Suriyada əcnəbi qüvvələrin özbaşına iştirakı ilə müxalifət olundu
    Suriyada əcnəbi qüvvələrin özbaşına iştirakı ilə müxalifət olundu

Suriya xarici işlər nazirinin müavini deyib: Bu ölkə rəsmi Dəməşqlə koordinasiya olmadan öz ərazisində istənilən xarici qüvvənin iştirakına qarşıdır.

Suriya xarici işlər nazirinin müavini Feysəl Miqdad Livanın əl-Əhd xəbər portalı ilə müsahibədə İran İslam Respublikası və Rusiyanın Suriya dövlətinin razılığı ilə bu ölkə ərazisində iştirak etdiklərini bildirib və deyib: Suriyada istənilən başqa əcnəbi qüvvənin iştirakı Dəməşq üçün qəbulediləsi deyildir. 

Feysəl Miqdad Səudiyyə Ərəbistanı, Qətər və Türkiyənin Suriyaya hücumdakı rolu və səudiyyə rejiminin sionist rejimlə Fələstin xalqı və amalına qarşı əlbir olmasına toxunub və əlavə edib: Türkiyə 400 min terrorçunun Suriyaya gəlişinə imkan yaratdı. 

Suriya xarici işlər nazirinin müavini region və regiondan kənar tərəflərin terrorçu qrupları dəstəkləməsindəki məqsədinin regionda radikallıq ruhiyyəsinin genişləndirilməsi adlandırıb və bildirib: ABŞ-ın İŞİD əleyhinə koalisiyası qeyri-qanuni koalisiya olaraq dəfələrlə suriyalıları qırğın etmişdir. 

Suriya xarici işlər nazirinin müavini həmçinin Suriya ordusunun ölkə ərazisində irəliləməsi istiqamətində heç bir qırmızı xəttinin olmadığını bəyan edib və xatırladıb: Suriya gərginliyin azaldılması, təhlükəsizlik və stabilliyin bərpa olunmasına dəstək sayəsində milli barışığın gerçəkləşməsi üçün istənilən fürsəti alqışlayır. 

İran, Rusiya və Türkiyə 4 may 2017-ci ildə Astana-4 müzakirələrində Suriyada 4 təhlükəsiz zonanın yaradılması üzrə anlaşmanı imzaladılar. Bu anlaşma İdlib, Homs, Şərqi Qutə, Dəra və Qünəytrədə bir sıra bölgələri əhatə edir. 

Teqlər