Səud təcavüzkarları Zilzal 2 raketinin hədəfinə çevrildilər
-
Səud təcavüzkarları Zilzal 2 raketinin hədəfinə çevrildilər
Yəmən ordusu və xalq qüvvələrinin raket bölməsi cümə axşamı günü Təiz vilayətində yerləşən Muzə rayonunda səudiyyəli təcavüzkar və muzdlu qüvvələrin toplandığı məkana bir ədəd Zilzal 2 raketi atıb.
İRNA-nın Yəmənin əl-Məsirə xəbər televiziyasına istinadla verdiyi məlumata görə, bir hərbi rəsmi bildirib: Bu raket tam dəqiqliyi ilə hədəfi vurub. Hücum ardınca təcili yardım maşınları həmin məkana ezam olunublar.
Yəmən ordusu və xalq qüvvələrinin ağır artilleriyası da Təiz vilayətində əl-Səlu rayonunda səudiyyəli muzdluların toplaşdığı məkanı atəşə tutub. Nəticədə bir çox muzdlu yaralanıb.
Yəmən ordusu və xalq qüvvələri Ərəbistanın Cizan sərhəd bölgəsi yaxınlığında Midi səhrasının şimalında təcavüzkarlar və muzdlulara aid bir zirehli avtomobili də məhv ediblər.
Yəmən ordusu və xalq qüvvələri ötən çərşənbə günü də səudiyyəli muzdluların Təizl vilayətinin Məqbənə rayonunun Həmir bölgəsində əl-Nubə və əl-Dar əl-Şərqiyyə təpəsinə doğru irəliləməsinin qarşısını alıb, çoxlu sayda muzdlunu öldürüb və yaralayıblar.
Səudiyyə Ərəbistanı 2015-ci il mart ayından istefaya getmiş prezident Əbdrəbbə Mənsur Hadini iqtidara qaytarmaq bəhanəsi ilə Yəmənə hücumlara başlayıb. Ərəbistanın yəmənə qarşı müharibəsi təxminən 40 min yəmənlinin həlak olması və yaralanması ilə nəticələnib.