ABŞ qırıcılarının hücumlarında 18 suriyalı sivil həlak olub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i278634-abŞ_qırıcılarının_hücumlarında_18_suriyalı_sivil_həlak_olub
ABŞ koalisiyası qırıcılarının Suriyanın şimalında yerləşən Riqqə şəhərində hava hücumları 18 sivilin həlak olması iliə nəticələnib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 04, 2017 09:40 Asia/Baku
  • ABŞ qırıcılarının hücumlarında 18 suriyalı sivil həlak olub
    ABŞ qırıcılarının hücumlarında 18 suriyalı sivil həlak olub

ABŞ koalisiyası qırıcılarının Suriyanın şimalında yerləşən Riqqə şəhərində hava hücumları 18 sivilin həlak olması iliə nəticələnib.

Fars Xəbər Agentliyinin məlumatına görə, ABŞ-ın başçılıq etdiyi "İŞİD əleyhinə koalisya" qırıcılarının Suriyaya hücumlarının davamında Riqqədə bir ailənin 8 üzvü daxil olmaqla 18 nəfər dünyasını dəyişib.

Suriyalı müxaliflərə bağlı Kütləvi İnformasiya Vasitələrinin bildirdiyinə görə, ABŞ koalisiyasının 2017-ci il iyul ayında Riqqə şəhərinə hücumları zamanı 189 suriyalı sivil həlak olub.

ABŞ qırıcıları dəfələrlə terror qruplaşmaları ilə mübarizə bəhanəsi ilə Suriya və İraqda sivilləri atəşə tutmuşlar.