Avq 04, 2017 20:56 Asia/Baku
  • İordaniyalılar:
    İordaniyalılar: "İsrail" səfirliyini bağlayın!

Yüzlərlə iordaniyalı sionist rejimin Əmmandakı səfirliyi yaxınlığında aksiya keçirərək bu səfirliyin bağlanmasını tələb edib.

Bu aksiya sionist rejimin Əmmandakı səfirliyinin mühafizəçilərindən birinin iki iordaniyalını qətlə yetirməsi ardınca keçirilib.

Əmman İordaniya vətəndaşlarını qətlə yetirən şəxsin mühakiməsi üçün Təl-Əvivin zəmanət verməsindən öncə bu rejimin səfirinin Əmmana geri qayıtmasına qarşıdır.

İordaniya parlamentinin səksən iki deputatı da parlament sədrinə nota verərək sionist rejim səfirinin ölkədən çıxarılmasını istəyib.

Sionist rejim baş naziri Benyamin Netanyahu səfirlik diplomatlarının təl-Əvivə qayıtmasından sonra onları, xüsusilə də sionist səfir və İordaniya vətəndaşlarının qatili ilə görüşüb və onları alqışlayıb.

Teqlər