Yəmənli qüvvələrin səud təcavüzkarlarına cavabı
-
Yəmənli qüvvələrin səud təcavüzkarlarına cavabı
Yəmənli qüvvələr bir neçə ədəd Zəlzal-2 və Uraqan raketi ilə səud təcavüzkarlarının Ərəbistanın cənub-qərbindəki toplantılarını hədəfə alıblar.
IRNA-nın məlumatına görə, Yəmənin informasiya mənbələri bu gün səhər elan ediblər ki, həmin raket hücumlarında düşmən qüvvələrinə böyük xəsarətlər dəyibdir.
Yəmənin ordusu və xalq komitələri iyulun 31-də də səud təcavüzkarlarının "Rəqabə Əlməcazir" məntəqəsindəki toplantılarını hədəfə aldılar ki, bu da onlardan bir qrupunun ölməsi və yaralanması ilə nəticələndi.
Bundan öncə də Yəmənin Ənsarullah qüvvələrinin tabeliyində olan mənbələr təsvirlər yayaraq, bildirdilər ki, Ərəbistanın cənubunda yerləşən Əsir sərhəd məntəqəsindəki Mucaza bazasına daxil olublar.
Səudların Yəməndə "Qətiyyətlilik tufanı" adlı əməliyyata başladıqları 2015-ci ilin martından bəri Ərəbistanın cənub sərhədlərində döyüşlər davam edir.
Ərəbistan Yəmənin istefa vermiş prezidenti Əbd Rəbbuh Mənsur Hadini hakimiyyətə qaytarmaq bəhanəsilə 2015-ci ilin martında Yəmənə qarşı hücumlarına başladı. Bu hücmlar Yəmənin ifrastrukturlarını dağıtmaqdan əlavə, təqribən 40 min yəmənlinin ölməsi və yaralanması ilə nəticələnibdir.