İraqın Mosul şəhərində təhlükəsizlik və sabitlik bərpa edilib
Avq 06, 2017 16:50 Asia/Baku
Mosul şəhərinin İŞİD terrorçularından təmizlənməsinin ardınca hazırda 15 min iraqlı polis şəhərdə təhlükəsizliyin təmin edilməsinə nəzarət edir.
Mosul Polis İdarəsinin sözçüsü polkovnik Mazən Abdullah bazar günü İRNA-ya verdiyi müsahibədə İraq hökumətinin bu şəhərdə sabitlik və təhlükəsizliyin təmin edilməsi üzrə səylərinə işarə edib və deyib: Mosulda təhlükəsizlik durumu xeyli yaxşılaşıb və vətəndaşlar artıq gecələr də qorxusuz şəkildə küçələrə çıxa bilirlər. Xalq artıq küçə savaşlarının vurduğu zərər və ziyanları aradan qaldırmaqla məşğuldurlar.