Ərəbistan terrorizm ilə mübarizədə sədaqətli deyil
İraqın Xalq Səfərbərliyi Təşkilatının sədr müavini Ərəbistanın terrorizm ilə mübarizədə sədaqətli olmadığını və terrorçuları dəstəklədiyini bildirib.
Əl-Cəzirə telekanalının verdiyi məlumata görə, Əbu Mehdi Əl-Mühəndis deyib: Ərəbistan terrorizm ilə mübarizədə sədaqətli deyil və bu ölkənin İraqda oynadığı rol dəyişməz olaraq qalıb. Bu ölkənin əsas məqsədi və rolu İraqda siyasi quruluşu və xalq səfərbər qüvvələrini hədəfə almaqdır.
Onun dediyinə görə, Ərəbistan İraqda silahlı qruplaşma yaratmaq ardınca olub. Amma, səyləri uğursuz qalınca Əl-Qaidə və İŞİD-i dəstəkləməklə, onların vasitəsi ilə öz istəklərinə çatmağa çalışdı.
İraqın Xalq Səfərbərliyi Təşkilatının sədr müavini Ərəbistan və Birləşmiş Ərəb Əmirliklərinin İraq Kürdüstanındakı konsulluqlarını İŞİD-i himayə etməkdə ittiham edərək, deyib: Onlar İraqda Bəəs partiyasının yenidən bərpa edilməsinə çalışırlar və bizim bu xüsusda tutarlı faktlarımız var.