Dorne şəhərinin mühasirəsi gücləndirilib
-
Dorne şəhərinin mühasirəsi gücləndirilib
Liviyanın şərqində Dorne şəhərinin mühasirəsi "Liviya Milli Ordusu" tərəfindən gücləndirilib.
Röytersin verdiyi məlumata görə, Dorne sakinləri bildiriblər ki, "Xəlifə Həftər"-in başçılıq etdiyi "Liviya Milli Ordusu" adlandırılan qrupun ötən həftə Dorne şəhərinin mühasirəsini gücləndirmək tədbirləri nəticəsində şəhərin əlaqə yolları bağlanıb və əhali ərzaq malları və dərman çatışmazlığı ilə üz-üzədir.
Sözü gedən qrup Liviyada hakimiyyəti ələ keçirmək iddiasında olan qruplar sırasındadır.
Birləşmiş Millətlər Təşkilatının Liviyada humanitar məsələlər üzrə Koordinatoru Dorne şəhəri sakinlərinin ilkin ehtiyacları, xüsusiylə tibbi təchizatların çatışmazlığı barədə nigaranlığını bildirib.
Liviya Milli Ordusu Dorne şəhərini nəzarətdə saxlayan "Mücahidlərin Məsləhət Şurası" adlı koalisiyaya qarşı döyüşür.