Əlibadi: Amerikan koalisiya Bağdadın razılığı olmadan İraqda əməliyyat keçirə bilməz
İraqın baş naziri Heydər Əlibadi vurğulayıb: İŞİD-ə qarşı amerikan koalisiya rəsmi Bağdadın icazəsi olmadan İraq torpaqları daxilində hava hücumları və əməliyyatı keçirmək icazəsinə malik deyil.
Amerikan koalisiya bazar ertəsi günü İraq-Suriya sərhəd zolağında Əlhəşduşşəbi çətiri altındakı qruplardan olan "Kətaib Seyyiduşşuhəda" qrupunun mövqelərini hədəfə alıb; bu hücumda İraqın xalq könüllü qüvvələrindən otuz beş nəfərə yaxın insan həlak olub, onlarla nəfər də yaralanıbdır.
IRNA-nın məlumatına görə, İraqın baş naziri dünən axşam Bağdadda keçirdiyi mətbuat konfransında Əlhəşduşşəbi-nin yarımhərbçi qrup olmadığını xatırladaraq, deyib ki, Əlhəşduşşəbi qüvvələri müxtəlif diviziyalar formasında təşkil ediliblər.
Əlhəşduşşəbi qüvvələrindən heç birinin İraq sərhədlərindən kənarda savaşmadığını bildirən İraqın baş naziri vurğulayıb ki, bu ölkənin içərisində İŞİD ilə mübarizədə iraqlı qüvvələr üçün heç bir qırmızı xətt mövcud deyildir.
İraqın baş naziri Heydər Əlibadi həmçinin yerdə qalan məntəqələrin İŞİD terror qrupunun işğalından azad edilməsi üzrə hərbi proqramların zamanının təyin olunması ilə razılaşıb.
İraqın Neynəva vilayətinin mərkəzi olan Mosulun 2017-ci il iyulun onunda İŞİD terror qrupunun işğalından tam şəkildə azad edilməsindən sonra müştərək iraqlı qüvvələr Tələfər şəhərinin İŞİD-in işğalından azad edilməsi əməliyyatına başlamağa hazırlıq görürlər.