Əfqanıstan ordusu Sərepol vilayətinə yardım qüvvəsi göndərib
Əfqanıstan ordusu Sərepol vilayətində yerləşən "Mirza Uləng" məntəqəsini geri və əhalinin qətli-amının qarşısını almaq üçün bu vilayətə xüsusi komandoslar və yeni qüvvələr göndəribdir.
Frans-Press-in məlumatına əsasən, Əfqanıstan müdafiə nazirliyinin mətbuat katibi general Dövlət Vəziri bildirib ki, əhalinin qətli-amının qarşısını almaq üçün Sərepol vilayətinə xüsusi təyinatlı komandoslar göndərilib və döyüş meydanlarındakı komandanlar da "Mirza Uləng" məntəqəsini geri almaq üçün əllərindən gələni ediblər.
Əfqanıstanın Sərepol vilayəti valisinin ofisi bildirib ki, 150 ailə Səyyad rayonunda yerləşən "Mirza Uləng" məntəqəsində terrorçuların mühasirəsindədir və indiyədək bu məntəqədə əllidən çox mülki faciəli şəkildə öldürülüb.
Əfqanıstanın prezidenti Əşrəf Qəni də "Mirza Uləng" məntəqəsindəki qətli-amı hərbi cinayət adlandırıb və vurğulayıb ki, Əfqanıstanın ordu və təhlükəsizlik qüvvələri bu faciə qurbanlarının intiqamını alacaqlar.
Sərepol valisi Zahir Vəhdət də xəbərdarlıq edibdir ki, əgər bu məntəqədə terrorçuların cinayətlərinin qarşısını almaq üçün bir addım atılmazsa, hücumçular bütün sivilləri qıracaqlar.
Strateji "Mirza Uləng" məntəqəsi bu həftənin əvvəllərində terror qruplarının əlinə keçib, amma Taliban qrupu bir bəyanat yayaraq, bu qrupun üzvlərinin mülkilərin qırğın edilmələrində əllərinin olmasını rədd edibdir.