İşğal olunmuş Fələstinin cənubunda partlayış
Avq 09, 2017 11:03 Asia/Baku
-
İşğal olunmuş Fələstinin cənubunda partlayış
İnformasiya mənbələri xəbər veriblər ki, işğal olunmuş Fələstinin cənubunda təhlükə siqnalı səsləndikdən sonra partlayış səsi eşidilibdir.
İnformasiya mənbələri bildiriblər ki, təhlükə siqnalı sionist Aşkeron məntəqəsində tikilməkdə olan bir binaya bir raketin dəyməsinin ardınca səslənibdir.
Sionist rejimin informasiya mənbələri bildiriblər ki, dünən gecə bir ədəd raket Qəzzə zolağından Aşkerondakı bir sənaye məntəqəsinə atılıbdır.
Qəzzə zolağındakı Fələstinin məsul şəxsləri daim sionist rejimin hər cinayətindən sonra mümkün olan hər bir formada ona cavab veriblər. Fələstin müqavimətinin əldəqayırma raketləri də sionistlər üçün bir problemə çevrilibdir.