Avq 11, 2017 10:28 Asia/Baku
  • Bağdadda gecə klublarının fəaliyyətinə etiraz
    Bağdadda gecə klublarının fəaliyyətinə etiraz

İraq paytaxtı Bağdadda əhali dünən şəhərin mərkəzində piket keçirərək gecə klubları, xüsusiylə spirtli içkilər satan mərkəzlərin fəaliyyətinin davam etməsinə etiraz ediblər.

Əssuməriyyə-Nyus telekanalının verdiyi məlumata görə əhali şəhərin əsas meydanına toplaşaraq əxlaqsız mərkəzlərin bağlanmasını istəyiblər. 

Piket iştirakçıları bildiriblər ki, bu kimi mərkəzlərin fəaliyyətinin dayandırılmasında Bağdad əməliyyat qüvvələrinə yardım edəcəklərini və onların təşəbbüslərini dəstəkləyədəklərini vurğulayıblar. 

İraqın təhlükəsizlik qüvvələri nizam-intizamın pozulmasına mane olmaq üçün Kəradə məhəlləsinə gecən yolları bağlayıb. 

Ötən avqust ayının 9-da təhlükəsizlik qüvvələri Bağdadda 40 qeyri qanuni gecə klubunu bağlamışdılar. 

Teqlər