Suriyanın yaraqlı müxalifləri Türkiyənin yardımlarına etiraf ediblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i279340-suriyanın_yaraqlı_müxalifləri_türkiyənin_yardımlarına_etiraf_ediblər
Suriyanın inqilabçı müxalifər qüvvələri milli koalisiyasının başçısı Türkiyənin bu qrupa yardımlarının davam etdiyini bildirib.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Avq 11, 2017 08:52 Asia/Baku
  • Suriyanın yaraqlı müxalifləri Türkiyənin yardımlarına etiraf ediblər
    Suriyanın yaraqlı müxalifləri Türkiyənin yardımlarına etiraf ediblər

Suriyanın inqilabçı müxalifər qüvvələri milli koalisiyasının başçısı Türkiyənin bu qrupa yardımlarının davam etdiyini bildirib.

Əbdürrəhim Mustafa Küveyt xəbər agentliyi ona istinadla Türkiyənin Suriya milli koalisiyasına dəstəyini dayandırmış olması barədə yaydığı məlumatdan sonra bu bəyanatla çıxış edib. 

Əbdürrəhim Mustafanın etirafı hansısa naməlum və bilinməyən məsələnin ifşa edilməsi anlamına gəlməz. Ona görə ki, artıq Türkiyə xalqı rəsmi Ankaranın İŞİD və digər terrorçu qruplara dəstək verdiyini bilir. Bu qrupun müharibə meydanlarında məğlubiyyətə uğradığı indiki şəraitdə Türkiyə öz regional siyasətlərini yeritmək üçün Suriya dövlətinin müxaliflərinin siyasi vərəyanına gözünü dikib.