BMT Əvamiyyədə şiələrə qarşı repressiyada iştirak edir
-
BMT Əvamiyyədə şiələrə qarşı repressiyada iştirak edir
Birləşmiş Millətlər Təşkilatı Səudiyyə Ərəbistanının şərqində şiə sakinli Əl-Əvamiyyə bölgəsində səudiyyəlilərin dağıntılar törətmələri barədə yayılan görüntülərin doğru olub-olmamasını dəqiqləşdirməyin son dərəcə çətin iş olduğunu bildirib.
Əl-Cəzirə telekanalının verdiyi məlumata görə, BMT-nin sözçüsü Stefan Ducarik bu təşkilatın Səudiyyə Ərəbistanında şiələrə qarşı repressiyalarda Ali-Səud rejimini dolayısı ilə himayələrinin davamında səudiyyəlilərin Əl-Əvamiyyə bölgəsində törətdikləri dağıntıları əks etdirən görüntülrəin doğru olması barədə tərəddüd etdiyini deyib.
Nyu-Yorkda mətbuat konfransında çıxış edən Ducarik deyib: BMT Əl-Əvamiyyə barədə yayılan görüntülərdən xəbərdardır amma bu barədəki reportajları araşdırmaq və onları təsdiqləmək mövqeyində deyil.
BMT baş katibinin sözçüsü eyni zamanda deyib: Səudiyyə rəhbərlərinin Əl-Əvamiyyədə etdikləri onların öhdəliklərinə və beynəlxalq qanunlar və insan haqları normalarına uyğun olmalıdır.
Cümə axşamı Səudiyyə hərbçiləri şiə sakinli Əl-Əvamiyyədə bir neçə məscidi dağıdaraq bu bölgənin küçələrini müharibə meydanına çeviriblər.
Səudiyyə hərbçilərinin Əl-Əvamiyyə bölgəsinə hucumlara başladıqları dövrdə minlərlə sakin ərazini tərk etmək məcburiyyətində qalıb.
Səudiyyə rejiminin ötən həftə Əl-Əvamiyyə şiələrinə qarşı hücumlarında bir uşaq da daxil 9 mülki ölüb.