Avq 11, 2017 19:52 Asia/Baku

Əfqanıstan prezidenti Mirzə Uləng sakinlərinə qarşı törədilmiş cinayəti müharibə cinayəti adlandırıb və Əfqanıstan ordusunun bu cinayətin intiqaımını alacağını deyib.

Məhəmməd Əşrəf Qəni bu cinayətin hansı terror qruplaşması tərəfindən törədilməsinə işarə etməsə də, din və vətən düşmənlərinin Mirzə Uləngdə heç bir sərhəd tanımadığını bir daha sübut etdiyini dedi.

Bu arada Qərb Mirzə Uləngdə baş verən cinayətdən danışmaq istəmir. Çünki, elə Taliban və İŞİD kimi Amerika və NATO-nun əli də Əfqanıstanda sivil əhalinin qanına batıb. Terrorçular ilə bir cəbhədə yer alan Qərbin Suriya, İraq və Yəməndə olduğu kimi, Əfqanıstanda da müsəlman və günahsız əhalini qırğın etməkdən başqa bir məqsədi də yoxdur.

Terrorçuların cinayətlərindən amanda qalmaq üçün Mirzə Uləngdən qaçan insanlar indi burada, Sərpol şəhər məscidində özlərinə sığınacaq tapıblar. Bu insanlar hələ də terrorçuların Mirzə Uləngdə törətdikləri cinayətin dəhşətini unuda bilmirlər. Hamı ölən yaxınlarının yasını tutur.

 

Mirzə Uləng sakinlərindən biri baş vermiş cinayət haqda deyir: "5 övladımı gözlərimin önündə qətlə yetirdilər, bütün ailəmi qırdılar."

 

Onsuz da yoxsul olan kənd sakinləri indi hər şeylərini itiriblər. Hər şeyini itirmiş kənd sakini dərdini belə dilə gətirdi: "Hər şeyimizi yağmaladılar. Əkin sahələrimizi yandırdılar. İndi heç nəyimiz qalmayıb."

 

İndi Əfqanıstan baş prokuroru Mirzə Uləngdə müharibə cinayətinin törədilməsi ilə bağlı cinayət işinin açılmasından danışır.

 

Əfqanıstanın baş prokuroru Fərid Həmidi isə deyir: "Hesabatlardan aydın olur ki, Mirzə Uləngdə bəşəriyyət əleyhinə dəhşətli cinayət törədilib. Bu, bir beynəlxalq cinayətdir. Əmin olun ki, bu cinayətkarlar ədalət qarşısında cavab verməli olacaqlar."

 

Mirzə Uləng sakinləri isə terrorçulara təslim olmadıqlarını və bacardıqları qədər müqavimət göstərdiklərini deyirlər.  

 

Mirzə Uləngli millət vəkili Bəlxabi isə vaxtında dəstək göndərilməməsini faciənin başlıca amili adlandırdı: "İnsanlar 2 gecə və bir gün boyunca yalın əl ilə müqavimət göstəriblər. Biz hava qüvvələrinin kənd əhalisini himayə etməsini istədik. Əgər dəstək olsaydı, indi bu cinayətin miqyası bu qədər dərin olmazdı."

Əfqanıstanda hava dəstəyi NATO tərəfindən həyata keçirilir. Bir müddət öncə Qunduz vilayətində bir neçə hərbçisini xilas etmək üçün bir kəndi bombalayaraq, qadın və uşaqlar da daxil olmaqla 35 nəfəri qırğın edən ABŞ qüvvələri, Mirzə Uləngdə terrorçulara öz çirkin cinayətlərini gerçəkləşdirmələri üçün kifayət qədər fürsət verərək, baş verənləri kənardan izləməklə kifayətləndilər.

 

 

Teqlər