BƏƏ helikopteri Yəməndə qəzaya uğradı
-
BƏƏ helikopteri Yəməndə qəzaya uğradı
Yəməndə Birləşmiş Ərəb Əmirliklərinə məxsus bir helikopterin qəzaya uğraması azı dörd hərbçinin ölümü ilə nəticələnib.
Röytersin məlumatına görə, Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələri Baş Komandanlığı bir bəyanatda bildirib: Cümə günü bu ölkənin dörd hərbçisi Şibvə vilayətində fövqəladə eniş zamanı hərbi helikopterin yerə çırpılması nəticəsində həlak olub.
BƏƏ Silahlı Qüvvələri Baş Komandanlığı öz bəyanatında əlavə edib: Hərbi helikopter texniki nasazlıq nəticəsində eniş etməyə məcbur olub. Bu zaman isə yerə çırpılıb. Bəzi Kütləvi İnformasiya Vasitələri bu hadisədə iki nəfərin də yaralandığını bildiriblər.
BƏƏ Səudiyyə Ərəbistanının Yəməndə müharibə avantürasında iştirak edir. BƏƏ hərbçiləri Yəmənin cənub və cənub-şərqində hərbi əməliyyatlarda iştirak edirlər. Səudiyyə Ərəbistanı 2015-ci il mart ayından Yəmənə hərbi hücumlara başlayıb. Bu hücumlar nəticəsində indiyə qədər təxminən 40 min yəmənli həlak olub və yaralanıb.