ABŞ helikopterləri İŞİD-in işğalındakı bölgəyə enib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i279438-abŞ_helikopterləri_İŞİd_in_işğalındakı_bölgəyə_enib
İraq Xalq Səfərbər Qüvvələri Təşkilatının sədr müavini deyib: Əldə olan fakt və kadrlar ABŞ helikopterlərinin İraqda İŞİD-in işğal etdiyi bəzi bölgələrdə eniş etdiyini sübuta yetirir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 12, 2017 05:19 Asia/Baku
  • Əbu Mehdi əl-Mühəndis
    Əbu Mehdi əl-Mühəndis

İraq Xalq Səfərbər Qüvvələri Təşkilatının sədr müavini deyib: Əldə olan fakt və kadrlar ABŞ helikopterlərinin İraqda İŞİD-in işğal etdiyi bəzi bölgələrdə eniş etdiyini sübuta yetirir.

Əl-Məyadin televiziyasının məlumatına görə, Əbu Mehdi əl-Mühəndis Xalq Səfərbər Qüvvələri ilə baş nazir Heydər əl-İbadi və Silahlı Qüvvələri Baş Komandanlığı ilə əlaqələri əsgər-komandir əlaqəsi adlandırıb. O hökumətdən xalq səfərbər qüvvələrin maliyyə problemlərinin aradan qaldırılması və bu sahədəki mövcud çətinliklərin həll olunmasını istəyib. 

Əbu Mehdi əl-Mühəndis həmçinin bildirib ki, ABŞ helikopterlərinin İŞİD-in işğal etdiyi bölgələrdə eniş etməsinin faktları mövcuddur.