Əvamiyyədə 20 min nəfər didərgin düşüb
Avq 12, 2017 10:53 Asia/Baku
İnsan Haqları fəalı Əmir Nimr Russia Today televiziya kanalı ilə müsahibədə deyib: Səudiyyə Ərəbistanının Əvamiyyə şəhərində 20 mindən çox insan didərgin düşüb.
Nimr deyib: 2011-ci ildən Qətif vilayətinin Əvamiyyə şəhəri Səudiyyə Ərəbistanında islahatların aparılması və əlavə hüquqların nəzərdə tutulmasını istəyir. Bu tələblər təkcə şiələrin hüququ deyil, sünnilərin də hüquqlarını nəzərdə tutur. Biz Əvamiyyədə 20 mindən çox didərgin haqda müstəqil araşdırmanın aparılmasını istəyirik.