Əvamiyyədə insan durumu acınacaqlıdır
Ali-Səud rejimi hərbçilərinin şiəsakinli əl-Əvamiyyə qəsəbəsində vətəndaşların mənzillərinə basqınlarının davam etməsi ardınca, Ərəbistan insan haqları fəalı Əmir Nimr bu qəsəbədə insan durumunun acınacaqlı olduğunu bildirib.
Səudiyyəli hərbçilər 28 iyuldan Ərəbistan şiələrinin yaşadığı Şərqiyyə vilayətinin əl-Əvamiyyə qəsəbəsini atəşə tuturlar.
Mehr İnformasiya Agentliyinin məlumatına görə, Səudiyyə Ərəbistanı insan haqları fəalı Əmir Nimr ABŞ prezidenti Donald Trampın Ər-Riyada səfərindən sonra səudiyyəlilərin Əvamiyyədə məqsədli şəkildə basqılarının artmasına toxunaraq bildirib: Bu qəsəbənin sakinlərinin əksəriyyəti didərgin düşüb.
Nimr Qətif əhalisinin islahatların aparılması və sakinlərin qanuni hüquqdan məhrum edilməsinə son qoyulmasını tələb etdiyinə toxunaraq deyib: Bu tələblər təkcə şiələrin deyil, sünnilərin də hüquqları üçün edilir.
Livanın əl-Bina qəzetinin yazdığına görə, təxminən üç ay öncədən Şərqiyyə vilayətinin əl-Qətif şəhərinin Əvamiyyə qəsəbəsində qətl, insan oğurluğu və həbslərə üz tutan Ali-Səud rejimi bu bölgə sakinlərinin icbari köçürmə siyasətini icra etməklə beynəlxalq qanunları pozur. Çünki insan haqları qanunlarına əsasən, icbari köçürmə insan haqları cinayətləri çərçivəsindədir və müharibə cinayətləri hesab olunur.
Ali-Səud icbari köçürmə yolu ilə Ərəbistanın şərqində şiə sakinli bölglərin əhali tərkibini dəyişməyə çalışır. Ərəbistanın şərqi 2011-ci ildən ədalətsizlik, dövlət əmlakının ədalətsiz şəkildə bölünməsinə etiraz olaraq Ali-Səud rejiminə etirazların şahididir.