Əfqanıstanın Qurmaç bölgəsi süqut edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i279632-Əfqanıstanın_qurmaç_bölgəsi_süqut_edib
Əfqanıstanın Fariab vilayətinin Qurmaç bölgəsi Taliblərin nəzarətinə keçib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 13, 2017 13:37 Asia/Baku
  • Əfqanıstanın Qurmaç bölgəsi süqut edib
    Əfqanıstanın Qurmaç bölgəsi süqut edib

Əfqanıstanın Fariab vilayətinin Qurmaç bölgəsi Taliblərin nəzarətinə keçib.

İRİB-in Kabüldən verdiyi məlumata görə, Fariab vilayətində təhlükəsizlik mənbələri bildiriblər ki, bu vilayətin Qurmaç bölgəsi əfqan təhlükəsizlik qüvvələri ilə taliblər arasında bir neçə gün davam edən toqquşmalardan sonra bu gün səhər çağı süqut edib və taliblərin nəzarətinə keçib. 

Bu toqquşmalarda ölən və yaralananların sayı barədə məlumat yoxdur. 

Son aylar ərzində Qurmaç bölgəsinə nəzarət Əfqanıstan dövlət qüvvələri ilə taliblər arasında dəfələrlə dəyişib.