Qərbi Qələmun yüksəkliklərində İŞİD-in komandanlıq otağı məhv edilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i279954-qərbi_qələmun_yüksəkliklərində_İŞİd_in_komandanlıq_otağı_məhv_edilib
Suriyalı qırıcıların İŞİD-in Suriya-Livan sərhədindəki mövqelərinə qarşı hücumunda İŞİD-in Qərbi Qələmundakı komandanlıq otağı və strategiya mərkəzi məhv edilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 16, 2017 15:33 Asia/Baku
  • Qərbi Qələmun yüksəkliklərində İŞİD-in komandanlıq otağı məhv edilib

Suriyalı qırıcıların İŞİD-in Suriya-Livan sərhədindəki mövqelərinə qarşı hücumunda İŞİD-in Qərbi Qələmundakı komandanlıq otağı və strategiya mərkəzi məhv edilib.

Suriya mediaları bu gün Müharibə Təbliğatı və İnformasiya Mərkəzi İdarəsinə istinadla bildiriblər: Suriyalı qırıcılar İŞİD-in Qərbi Qələmundakı Əlqarə və Əlcəracir məntəqəsi yüksəkliklərində yerləşən komandanlıq otağı və strategiya mərkəzini məhv ediblər.

Bu əməliyyatda bir qrup İŞİD terrorçusu ölüb və ya yaralanıb və onların silahları da məhv edilibdir.

Suriyalı qırıcılar bu gün səhər də bir neçə növbədə bu ölkənin Livan ilə sərhədində İŞİD terrorçularını və onların mövqelərini bombardman ediblər.