Onlarla suriyalı ailə öz mənzilinə geri dönüb
-
Onlarla suriyalı ailə öz mənzilinə geri dönüb
Suriyanın şimalındakı Hələb şəhərinin bu ölkə ordusu tərəfindən təmizlənməsinin ardınca 118 suriyalı ailə həmin məntəqədə yerləşən öz yaşayış massivinə geri dönübdür.
Fars xəbər agentliyinin məlumatına görə, Hələb vilayət şurasının icra ofisinin üzvü Həmid Kənu Hələbin şərq ətrafında yerləşən "Deyr Hafir" və "Mənbic" məntəqələrinin qəsəbə və kəndlərinin saknlərindən olan onlarla ailənin öz evinə geri dönməsinə işarə edərək, deyib: Bu vilayət komitəsi həmin məntəqələrin digər sakinlərinin geri dönmələri üçün lazımi şərait yaradacaq.
Suriyalı ailələr öz ev-eşiklərinə geri dönmələrindən razılıq ediblər. Onlar Hələbin şərq məntəqələrini təmizləməsinə görə, Suriya ordusuna təşəkkür edərək, vurğulayıblar ki, terrorizmdən miras qalmış dağıntıların bərpası onların prioritetidir.
"Deyr Hafir" məntəqəsinin qəsəbə və kəndlərinin sakinlərindən yüzlərlə nəfər də ötən iyul ayında öz mənzillərinə geri dönüblər.
Suriyanın ordu qüvvələri son aylar Hələb vilayətinin şərq məntəqələrində yüzlərlə qəsəbə, kənd və əkin sahəsini azad edərək, minlərlə İŞİD üzvünü öldürüblər.